İzahlı lüğət

YAD1

sif. 1. Qohum olmayan, qohumluq və ya yaxınlıq əlaqələri ilə bağlı olmayan; özgə, kənar. Yad uşaqlar. Özünü yad adam kimi hiss etmək. - Bir gün kişi diqqət eləyib görür ki, övrəti gündüzlər ayağına corab geymir, .. yad kişilərin də yanında ayaqları çılpaq dolanır. C.Məmmədquluzadə. // İs. mənasında. Yadlar buna nə deyərlər? Yadları özünə güldürmə! - Bağrımı yandırdın oda; Sirr sözümü vermə yada. Aşıq Ələsgər. Taleyim belədir. Xalqın yeddi arxa yadları ağzını açanda tərif tökür... Mənim .. doğma atam ayağımdan çəkir. Mir Cəlal.
Öz vətəni, yeri olmayan; yabançı. Yad şəhər. - Yad ölkədi, düşmən çoxdu; Ərəb atı mən istərəm. “Koroğlu” . [Sona] Sən bu yad yerdə, yad adamın yanına niyə gəlibsən?! M.F.Axundzadə. Rüxsar ə tənha olaraq bu qaranlıq vaxtda bu yad evə göndərildiyinin mənasını özünə aydın edə bilmirdi. S.Rəhimov.
Ruhca, mahiyyətcə, görüşcə uzaq olan, zidd olan, hər hansı bir səbəbə görə yaxın ola bilməyən; yabançı. Bizə yad görüşlər. - ismayılzadə təbiətən, diplomatik hiylələrə yad bir adamdı. M.Hüseyn. □ Yad olmaq təbiətinə, xasiyyətinə uyğun olmamaq, uzaq olmaq, heç bir münasibəti olmamaq. Mənə heç vaxt yad olmadı; Sevinciniz, qəminiz; Xəyallarla nəfəs alan; Cavanlıq aləminiz. Vahabzadə.
məc. Düşmən mənasında. Qəza tutdu, qədər məni budadı; Ağlatdı dostları, güldürdü yadı.. Aşıq Ələsgər. ..Dostun da sirrini yada vermək namərdlikdir. C.Məmmədquluzadə. Yadların onda kəsilsin nəfəsi; Bürüsün hər tərəfi nəğmə səsi. S.Rüstəm.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed