İzahlı lüğət

YIĞIŞDIRMAQ

f 1. Tökülmüş, səpələnmiş, salınmış, düzülmüş, qoyulmuş şeyləri yığıb götürmək. Stolun üstünü yığışdırmaq. Şeyləri yerdən yığışdırmaq. - Kərbəlayı Cəfər süfrəni, qabları yığışdırıb qoydu kənara. C.Məmmədquluzadə. Səfərlə Tanrıverdi Qurbanın paltarını yığışdırıb götürərkən arasından yerə bir məktub düşdü. A.Şaiq. // Səliqəyə, sahmana, qaydaya salmaq, düzəltmək, təmizləmək, sil-süpür etmək. Otağı yığışdırmaq. - Telli inəkləri töyləyə saldıqdan sonra, Gülpərinin buraxıb getdiyi evi yığışdırdı. S.Hüseyn.
2. Çəkmək, dartıb bir yerə yığmaq. Ətəklərini yığışdırmaq.
□□ Əl-ayağını yığışdırmaq - bax əl-ayaq. Özünü yığışdırmaq - bax öz.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed