İzahlı lüğət

YIXMAQ

f . 1. İtələyib, vurub, yaxud bərk toxunub yerə salmaq, yerə düşürtmək, yerə vurmaq; aşırmaq. Öküzü nallamaq üçün yerə yıxdılar. Külək adamı yıxır. // Üzərindən atmaq, yerə salmaq, devirmək, yerə vurmaq. Uşağı at yıxdı. Yanı üstə qoymaq.
Bütün ağırlığı ilə düşmək, salmaq. [Kiçikxanım] güclə özünü taxtın üstünə yıxdı. Mir Cəlal. Uçurmaq, dağıtmaq, xaraba qoymaq, viran etmək. Divarı yıxmaq. - Yıxar qayaları, atar dağları; Kəməndinə salar Koroğlu səni. “Koroğlu” . Böyük bir dünyanı yıxmaq, uçurmaq; Yerində başqa bir dünya da qurmaq? S.Vurğun.
Güləşmədə: basmaq, məğlub etmək. [Xəlfə:] ..Süleymanı bu vaxtadək yıxan olmamışdı, elə verdin xoruzunu qoltuğuna!.. C.Cabbarlı.
məc. Devirmək, zorla hakimiyyəti əlindən almaq. istismarçı sinifləri yıxmaq. // məc. Mövqeyindən, vəzifəsindən düşürmək; mövqeyindən, vəzifəsindən düşməsinə nail olmaq.
Atmaq, həvalə etmək, yükləmək (adətən tərkiblərdə). Üzərinə yıxmaq. Üstünə yıxmaq. Öhdəsinə yıxmaq. - Deməli, biz ərin günahını arvadın boynuna yıxmaqda haqlı deyilik? M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed