1
YENƏ sözünün izahı / YENƏ sözünün mənası
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

YENƏ

zərf (bəzən də ədatı ilə). 1. Təkrar, bir daha, təzədən, yenidən. Dünənki adam bu gün yenə gəldi. Bu gün yenə hava pisləşdi. Uşaqlar yenə qaçışmağa başladılar. - Gülbadam yenə də sual vermək istədi. N.Nərimanov. Məcnun kimi yenə düşdüm çöllərə. Molla Cümə. O günün sabahı Mirzağa üçüncü kərə olaraq Cəmilə ilə yenə üz-üzə gəldi. S.Hüseyn. // Sual şəklində: təəccüb, heyrət, məmnuniyyətsizlik bildirir. Yenə gəldin? Yenə narazılıq? Yenə də şikayət?
Eyni qayda üzrə, əvvəlki kimi. Yenə söhbətlər başladı. - Bir gün yenə Nigar xanımın ürəyi sıxıldı. “Koroğlu” . [Mərcan bəy:] Balam, orada olmadı, gəl yenə burada danışaq. U.Hacıbəyov. Otuza az qalır Aygünün yaşı; Yenə od kimidir al yanaqları. S.Vurğun.
Hər halda, hər necə olsa, hətta, belə, hələ də, o halda da. Gec də olsa, yenə gələcəyəm. Dediyindən yenə də əl çəkmir. Bundan yenə o yaxşıdır.
Eyni ilə, olduğu kimi, o cür. Dünən necə etmişdinsə, yenə elə hərəkət et.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif