İzahlı lüğət

YAVAN

sif. 1. Təkcə çörəkdən ibarət olan; yavanlığı olmayan. Yavan çörək yedi. - Adamın öz yavan çörəyi özgənin plovundan yaxşıdır. (Ata. sözü). [Surxay:] Al, on üç qəpik, yenə yavan çörək alıb yeyə bilərsən, səni zavoda götürüblər? S.Rəhman. // Zərf mənasında. Yavanlıqsız. Çörəyi yavan yemək.
2. Yağlı olmayan, yağsız. Yavan ət. - [Mahmud:] Suyu asdım, di buyur, yenə yavan şorbanı bişir. Ə.Haqverdiyev.
məh. Boş, mənasız, şit, duzsuz. Yavan söz. - Sanki Əzizin yavan və duzsuz söhbətinə şəkər qatdılar. Ə.Vəliyev.
k.t. məh. Qidalı maddələrdən məhrum (torpaq haqqında). [Miçurin] qəti olaraq öz tingliyini başqa bir yerə - yavan, qumsal torpağı olan səhraya köçürməyi qərara aldı.
M. Axundov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed