İzahlı lüğət

YEKCƏHƏT

sif. və zərf [fars. yek və ər. cəhət] klas. Həmrəy, həmfikir, yekdil. Mən yekcəhətəm təriqətimdə. Füzuli. [Molla Vəli:] Hamı yekdil, yekcəhət bu yolda qan tökməyə amadə olar. Ə.Haqverdiyev. □ Yekcəhət olmaq köhn. - həmrəy olmaq, yekdil olmaq, bir olmaq, birləşmək. [Xanzadələr və bəyzadələr] birləşib, yekdil və yekcəhət olub, ümumi məsələlər irəli yetirmək əvəzinə neçə-neçə firqəyə bölünüb bir-biri ilə büğz və ədavət başladılar. F.Köçərli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed