İzahlı lüğət

YAR

is. [fars.] 1. Dost, yoldaş. Əkinçilər yarıyam; İgidlər sərdarıyam; Qızılın adı çıxmış; Mən ondan yuxarıyam. Ə.Cavad. Bir zamanlar nə sən, nə mən; Şad görmədik dostu, yarı. S.Vurğun. □ Yar olmaq - yoldaş olmaq, dost olmaq, kömək olmaq. Bizə yar olmasa saqi, biz ona yar olalım. Qövsi. [Teymur ağa:] Amma cənabi-əqdəsi-ilahi doğruya yar olub, sənin muradın əksi üz verdi. M.F.Axundzadə. □ ...yar olsun!.. - ...kömək olsun! (xeyirdua ifadəsi). [İlyas:] Göylər sənə yar olsun, oğlum! - dedi. M.Hüseyn.
2. klas. Sevgili, məşuq, məşuqə. Yardan ayırmaq. Vəfalı yar. Yarındın ayrı düşmək. - Ağdamın yollarında; Bənd oldum kollarında; Bir cüt bəzbənd olaydım; Yarımın qollarında. (Bayatı). [Şahbaz bəy:] Tamam Parijin qızları qurban olsun sənin bir tükünə, mənim ki sənin tək gözəl bir yarım var.. M.F.Axundzadə. [Gəray:] Eşqimi nazlı yara anlatdım; Sözümə bal, noğul, şəkər qatdım. Şaiq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed