İzahlı lüğət

YOXUŞ

is. 1. Yolun dağa, təpəyə qalxan hissəsi; ümumiyyətlə, getdikcə yuxarı qalxan yer (eniş müqabili). Dərənin o biri tayında yoxuşun başında bir atlı dayanmışdı. Ə.Məmmədxanlı. Yollar uzun, yoxuş dar. Vahabzadə. // Dik (yer), dikdir. İndi yuvasından uçacaq quşlar; Min rəngə girəcək düzlər, yoxuşlar. S.Vurğun. Bu anda töyşüyətöyşüyə yoxuşu dırmanan Heydərli Bayrama yanaşdı. M.Hüseyn. Cığır [Nizamini] bir yoxuşa gətirib çıxardı. Ə.Məmmədxanlı. // sif Yuxarıya qalxan. O indi evlərinə tərəf uzanan yoxuş bir cığırı dırmanırdı. A.Şaiq.
2. məc. Çətinlik, dar gün mənasında. Hər yoxuşun bir enişi olar. (Ata. sözü).
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

YAS

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed