İzahlı lüğət

YETKİN

sif. 1. Hər cəhətdən yetişmiş, kamilləşmiş, təcrübəli. Yetkin adam. Yetkin mütəxəssis. Yetkin sənətkar. - Əsgər rayon mərkəzinə yola düşəndə fikirləşir və bu qərara gəlirdi ki, o bir mütəxəssis olaraq hələ yetkin deyil. Ə.Vəliyev. [Sultan əmi] özünü doğrudan da yetkin bir kişi kimi hiss etmişdi. İ.Hüseynov.
2. Dəymiş, yetişmiş, yetişkən. Yetkin taxıl. - Ağ tutun yetkinlərindən biri düşdü qabağımdakı stəkanın yanına.. C.Məmmədquluzadə. Çıxma ərik ağacına, bihudə, dilbərim; Yen gəl aşağı, nə yetkini var, nə xami var. M.Möcüz.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

YOX

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed