İzahlı lüğət

YADDAŞ

is. Bir şeyi zehnində saxlamaq və yenidən təsəvvürdə canlandırmaq qabiliyyəti; hafizə. Yaddaşı inkişaf etdirmək. Yaddaşı zəifdir. Heç yaddaşım yoxdur. □ Yaddaş dəftərçəsi - yaddan çıxmasın deyə, bir şeyi qeyd etmək üçün kiçik dəftərçə. İclasda Cəmilənin dediyi misraları; Tapıb yazdı o, dərhal yaddaş dəftərçəsinə. B.Vahabzadə. Yaddaş etmək - yadında saxlamaq, yaxud yadında qalmaq üçün bir yerə qeyd etmək. Deyilənləri bir dəftərə yaddaş et. Yaddaş kitabçası - içərisində müəyyən bir sahəyə, ixtisasa aid ən vacib məlumat olan kitabça. [Gülşən:] Yaddaş kitabçasını əlində bərk sıxdı. Ə.Vəliyev. Yaddaşından çıxmaq - yadından çıxmaq, unutmaq. Çox yuxusuz gecələr sovuşsa da başımdan; Gözlərinin gülüşü çıxmayıb yaddaşımdan. R.Rza.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed