İzahlı lüğət

YAYINMAQ

f . 1. Başqa yerə (cəhətə, şeyə və s.) cəlb olunmaq, başqa şeylə məşğul olmaq, kənara çıxmaq (adətən “fikri, nəzəri, diqqəti” və s. sözləri ilə). Fikri yayınmaq. // Qaçmaq. Fikrindən yayınmaq. - [Gülsənəmin] narazılığını büruzə verən bu hərəkəti Tahirin də, Cəmilin də nəzərindən yayınmadı. M.Hüseyn.
Cürbəcür bəhanələrlə boyun qaçırmaq, can yandırmamaq. Tapşırılan işdən yayınmaq .. nə qədər çətindir. S.Rəhimov.
dan. Xəlvəti getmək, qaçmaq, gözdən itmək, yox olmaq, aradan çıxmaq; əkilmək, gizlənmək. // Uzaqlaşmaq, getmək. Al-yaşıl geyinib durma qarşıda; Yayın bədnəzərdən, göz dəyər sənə. Qurbani. [Tarıverdi:] Barı qaçım, .. vaqt ikən bir tərəfə yayınım. M.F.Axundzadə. [Nağı:] Söylədi: - Qardaşlar, gəlin yayınaq; Çoxdandır Samuxa olmuşuq qonaq. H.K.Sanılı. Axşam istirahətindən sonra qızlar əl-ələ verib parka çıxanda mən yayınırdım. Mir Cəlal. Yandan keçmək, hədəfə dəyməmək; sapmaq. Gündən-günə [Kərimin] atdığı güllə daha heç yayınmırdı. S.Rəhimov. // Canını qurtarmaq, qaçmaq, qaçıb qurtara bilmək. Güllədən ilan yayınası deyil. - Sonadı, ovçusundan; Yayındı yana, yeridi.. Aşıq Ələsgər.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed