İzahlı lüğət

XEYİRXAHLIQ

is. Başqalarına xeyirxah münasibət; yaxşılığa çalışma; qayğıkeşlik, qeydkeşlik, yaxşılıq, kömək. Bu sözü mən xeyirxahlıqdan ərz edirəm, qorxuram səni pul üstə o qədər əzələr ki, şişib dama dönəsən, pul ilə zarafat olmaz, canım, gözüm! N.Vəzirov. [Xavər:] Bax, adam onun kimi olar. Üzü, gözləri, danışığı, hamısı xeyirxahlıqla doludur. M.İbrahimov. Vidadi ədalət və xeyirxahlıq mücəssəməsi kimi hər yerdə, xüsusən Vaqifin çətinliyə düşdüyü yerlərdə, görünür, öz köməyini, hətta canını belə onun yolunda müzayiqə etmir. M.Arif. Xeyirxahlıq etmək (eləmək, göstərmək) - yaxşılıq etmək, kömək göstərmək, xeyrə çalışmaq. Tənbələ, əyriyə xeyirxahlıq etmək yaxşı işləyənin belindən basmaqdır. M.İbrahimov. [Afərin] adamlara həmişə xeyirxahlıq etməyi sevirdi. Q.İlkin.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

XAB

XAY

......