İzahlı lüğət

XALİ

sif [ər.] 1. Boş, adamsız, tənha. O qədər çıxmadın, gördü aqibət; Sən gəzən yerləri xali gözlərim. Q.Zakir. [Murad] sakit, indiki insanlardan tamamilə xali bir yer arayırdı. S.Hüseyn. Aslan xali küçədə çox gözləmədi. M.Hüseyn.
Sahibsiz, yiyəsiz, tutulmamış, boş. [Qoca:] Yazasan qonşumuzdakı xali yerdən bir az kəsib bizə versinlər. Ə.Haqverdiyev. [Hacıkərim] gündən-günə böyüməkdə və zənginləşməkdə olan şəhərin ən gurultulu küçələrində ucuz qiymətə evlər və xali yerlər aldı. A.Şaiq. O zaman ayrılanda nə təhər oldusa, Durmuş xali yer yiyəsi oldu. Mir Cəlal. □ ...xali qalmaq - xəbərsiz olmaq, xəbəri olmamaq. Mədəniyyətdən xali qalıb. - ..Heyfa ki o Cavanşir elm və mərifətdən xali qalıbdır. F.Köçərli. Xali olmaq - boş olmaq, tutulmamaq. Xali olmamaq - uzaq olmamaq, canı qurtarmamaq. [Vəzir:] Hər vaxt ki mən bu xaraba olmuş otağa gəlləm, heç bir xətadan xali olmanam. M.F.Axundzadə.
□□ Meydan xali qaldı - meydan boş qaldı, hamı yox olub getdi. [Kərbəlayı Rəcəb:] Dedim Zinət xanım, Balaqardaş və Rzaqulu namünasib cavanlar idi, hər ikisi badi-fənaya getdilər, meydan qaldı xali. N.Vəzirov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

XIX

XOV

first box will be shown BEFORE second