İzahlı lüğət

XƏYANƏT

is. [ər.] 1. Özünə olan etimaddan sui-istifadə edərək dönüklük etmə; xainlik, xaincəsinə hərəkət, etibarsızlıq. [Sərdar Rəşid] bu xəyanətini həyata keçirmək üçün fürsət tapmayacaqdır. M.S.Ordubadi. Aradan üç ay keçmişdi. Bu üç ay içərisində Şükür kənddə bir çox cinayətlər və xəyanətlər şahidi olmuşdu. S.Hüseyn. [Qartal:] Xəyanət ən böyük bir ordunu belə yıxa bilər. M.Hüseyn. // Düşmən tərəfə keçmə, düşmənə satılma; satqınlıq. Neçə kərə; Tarix endi zirvələrdən dərələrə; Bu hiyləgər xəyanətlər; Tariximin neçə-neçə varağını; ləkələdi, qaraladı. B.Vahabzadə. □ Xəyanət etmək (eləmək) - xain çıxmaq, satqınlıq eləmək, satılmaq, etibarsız çıxmaq. Dostuna xəyanət etmək. - [Yusif:] Bu gün bazarda Murad rast gəlib deyir ki, çörək verib bəslədiyin şəxs sənə xəyanət edir. N.Nərimanov.
2. Namərdlik, vəfasızlıq, etibarsızlıq, dönüklük, əhdi pozma. Sevgilisinə xəyanət etmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed