İzahlı lüğət

VAQON

[ing.] 1. Rels üzərində hərəkət edən minik və ya yük daşıyan üstüörtülü və ya açıq araba. Dəmiryol vaqonu. Motorlu vaqon. Yük vaqonu. Yataqlı vaqon. - Qaraca qız yolu getdiyi zaman ayağı büdrəyib yıxıldı və moruğu yerə töküldü. Bunu yığan vaxt vaqon qatarı göründü. S.S.Axundov. Keçən ilin yayında Səkinə Buzovnadan bibisi evinə qayıdırdı. Vaqonlarda basabas idi. Mir Cəlal. □ Vaqon-restoran - dəmiryol qatarında restoran üçün ayrılmış xüsusi quruluşlu vaqon.
2. Rəqəmlərlə - vaqonda yerləşən yükün miqdarı. Bir vaqon kömür. - Keçən il qurulan ianə komissiyası qırx beş min manatdan ancaq iki vaqon un göndərdi Zəngəzura. C.Məmmədquluzadə.
vaqon-vaqon zərf Vaqonlarla. Ölkənin çöllərində pambıq yığılır ton-ton; Buraya göndərilir durmadan vaqon-vaqon. S.Rüstəm.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......