İzahlı lüğət

VƏCD

is. [ər.] Həddən artıq sevinc, şadlıq, ruh yüksəkliyi; hədsiz şövq və həvəs. Sevincimin, vəcdimin çoxluğundan durub oynamaq istəyirdim. M.F.Axundzadə. Salman “Kapital” ı əlinə alıb vəcdlə (z.): - Bu kitab köhnə aləmi tamamilə yıxacaq, - dedi, - daşı daş üstə qoymayacaq. Çəmənzəminli. // Özünü itirmək dərəcəsində dalğınlıq. Şair bu sözləri vəcd halında söyləyərək, bihuşanə yıxılıb hərəkətsiz qalır. A.Səhhət. □ Vəcd etmək bax vəcdə gəlmək. [Xacə Mübarək:] Şahın övrəti və qızları göndərilən töhfələrdən qayətdə vəcd etdilər. M.F.Axundzadə. Vəcdə gəlmək - son dərəcə sevinmək, şadlanmaq, şövqə gəlmək, ruhlanmaq. Bağladım vəcdə gəlib hüsnünə şerimlə kitab. S.Rüstəm. Hamı vəcdə gəlir .. bu məsləhəti; Bəyənib dəyişir aşıq söhbəti. O.Sarıvəlli. Vəcdə gətirmək cuşa gətirmək, ruhlandırmaq. Bu sözlər qocanı vəcdə gətirdi. İ.Əfəndiyev. Tapdığın iri, qüvvətli görkəmi isə topçuları vəcdə gətirdi. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

VAQ

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed