İzahlı lüğət

VAHİMƏ

is. [ər.] Xəyala gələn qorxulu şeylər, hövl. Təklik, xarabanın vahiməsi, qaranlıq gecə.. bunların heç birisi ərindən qaçmış cavan gəlinə əsər edə bilmədi. Çəmənzəminli. // Qorxu, dəhşət; təşviş və narahatlıq. Hamının gözündə küt və vahimə ilə dolu bir ifadə hakim idi. M.İbrahimov. Qız vahimə və iztirabla yoldaşlarına baxır və heç bir söz demirdi. İ.Əfəndiyev. □ Vahimə basmaq (götürmək, bürümək) - bərk qorxmaq, dəhşətə düşmək, qorxuya düşmək, vahimələnmək. Nurəddin qorxaq uşaq deyilsə də, meşənin vahiməsi onu da basmışdı. S.S.Axundov. Tellini yenidən vahimə bürüdü. O qorxurdu. S.Hüseyn. Vahimə etmək - qorxmaq. [Ağa Kərim:] Gərək o hər necə desə, onun sözündən çıxmayasan və heç vahimə və ehtiyat etməyəsən. M.F.Axundzadə. Heç vahimə etmirəm əcəldən; Mən qorxmamışam, ana, cədəldən. A.Səhhət. Vahiməyə düşmək - bax vahimələnmək. Dolama yollarla enirkən bəzi yoldaşlarımız vahiməyə düşdü. S.Rüstəm. Xanlar anasının daha da narahat olduğunu, doğrudan da vahiməyə düşdüyünü görüb, onu toxdatmağa çalışdı. S.Rəhimov. Vahiməyə salmaq - bax vahimələndirmək. Həyətə girdikdə əsrarəngiz .. sükut insanı vahiməyə salırdı. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

V

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed