Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

VAXT

is. [ər. vəqt] 1. Cərəyan edən bir işin, hadisənin və s.-nin əsrlər, illər, saatlar, dəqiqələr, saniyələrlə ölçülən davam müddəti; zaman.
Saatların, günlərin, illərin ardıcıl surətdə bir-birini əvəz etməsi. Vaxt nə tez gəlib keçdi.
Bir hadisənin, işin baş verdiyi, baş verəcəyi, yaxud baş verməli olduğu an, moment. iclasın vaxtını təyin etmək. - Vaxt yetişdi, anası .. rəhmətə getdi; Bu həsrətin ağrısını duydu Əmirxan. S.Vurğun. Müəllim kəndə vaxtından əvvəl qayıtdı. S.Hüseyn. Abbas vaxtından əvvəl açılmış bir çiçəkdir: o, ailə dolandırır. S.S.Axundov. // Eyni mənada bəzən feillərdən sonra işlənir. Kəramət uşaqlarını ancaq yatdıqları yerdə, yuxulu olduqları vaxt oxşayar, öpərdi. Ə.Əbülhəsən. Göyçək həyətin ortasında Tapdığı şirin gəzdirdiyi vaxt Qaçay işdən gəldi. Ə.Vəliyev.
Dövr, zəmanə, çağ. Çar hökuməti vaxtında. Keçmiş vaxtlarda. Müharibə vaxtı. Uşaqlıq vaxtı. Axır vaxtlarda. Bizim vaxtımızda (yaşadığımız dövrdə, bizim dövrümüzdə). - Vaxt bir vaxt idi ki, şəhərlərdə məktəb az tapılardı. N.Nərimanov.
Günün, ayın, ilin, yaxud mövsümüm müəyyən çağı. istədiyin vaxtda gələ bilərsən. Gecənin bu vaxtında harada idin? - Əntiqə Hacının evinə gələndə yayın lap isti vaxtı idi. Mir Cəlal.
Mövsüm. Ov vaxtı. Ağac əkmək vaxtı. Xırman vaxtı.
Əlverişli, münasib zaman; fürsət. Hər şeyin öz vaxtı var. Vaxtdan istifadə etmək. indi çimməyin yaxşı vaxtıdır. - Məsmə, dərdlərini Tahirzadəyə danışmaq üçün vaxt, fürsət axtarırdı. Mir Cəlal. □ Vaxt qazanmaq fürsət əldə etməyə çalışmaq. Firidun .. hiss etdi ki, yoldaşları nə isə gizlədirlər. O vaxt qazanmaq üçün bir az da ləngidi. İ.Şıxlı.
Boş saat, işdən azad zaman. Gəlməyə vaxtım yoxdur. Vaxt olmadığına görə. Vaxtım olanda baxaram. Vaxt tapsan, bizə gəl.
Möhlət. Borcu qaytarmaq üçün vaxt vermək. Nida mənasında: vaxtdır - vaxtı çatmışdır. Vaxtdır, evə getmək lazımdır. - [Həsənqulu bəy:] Balam, dəxi vaxtdır, gedək gəlini gətirməyə. Ü.Hacıbəyov.
□□ Vaxt gözləmir - tələsmək lazımdır (təcili iş haqqında). Vaxt keçirmək - 1) vaxtını hədər yerə, səmərəsiz sərf etmək; 2) gün keçirmək, yaşamaq. Nurəddin İmamverdi babanın yanında çox gözəl vaxt keçirirdi. S.S.Axundov. [Zeynal] hər zaman gülmək, əylənmək, çığırıb bağırmaq, gurultu qoparmaq, sərxoş olaraq səfahətlə vaxt keçirmək istəyirdi. S.Hüseyn. Vaxtı ilə - bir vaxt, bir zaman; keçmiş zamanda, keçmişdə. Vaxtı ilə o da səhnədə oynardı. Vaxtı ilə onun gözəl səsi var idi. Vaxtı ilə bura boş bir meydan idi. - Vaxtı ilə uzaq və amansız bir zəlzələ böyük və gözəl bir şəhəri yerlə yeksan etmişdi. Ə.Məmmədxanlı. İndi respublikamızda vaxtı ilə adi fəhlə olmuş yüzlərcə alim və mütəxəssislər, ixtiraçılar vardır. İ.Əfəndiyev. Vaxtını öldürmək - vaxtını boş yerə, səmərəsiz sərf etmək. Bəzi vaxt - arabir, bəzən, hərdənbir. ..Mən bəzi vaxt heç aydınlıq gecəni də o gölməçədən çıxmıram! - deyə beşinci atlı dilləndi. S.Rəhimov. Bir neçə vaxt - bax neçə vaxt. Narıncın bir neçə vaxt başı dincəldi. S.Rəhman. Bir vaxt - bax vaxtı ilə. Bir vaxtda - eyni zamanda. Bu vaxt - bu anda, bu əsnada, indi. Bu vaxt qonşusu Qumru qapını açıb içəri girdi. Şamilov. Heç (bir) vaxt - əsla, qətiyyən, əbəda. Hər vaxt - həmişə, daima, hər zaman. Neçə vaxt - bir müddət, bir qədər zaman. Neçə vaxt keçdi, günorta zamanı Mirzə Cavad şəhərdən gəldi kəndə. Ə.Haqverdiyev. O vaxt - o zaman, onda. Söz vaxtına çəkər - haqqında söhbəti gedən keçmiş bir hadisənin zaman etibarı ilə həmin vaxtda baş verdiyini göstərmək üçün deyilir. Söz vaxtına çəkər: aprelin əvvəlləri idi. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla