Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ÜZBƏÜZ

1. zərf Üz-üzə, qabaq-qabağa, qarşı-qarşıya. Üzbəüz oturmaq. - [Cavad:] Ana, mənim gözüm axunddan su içməyir, əvvəl deyirdi ki, qız ilə gərək üzbəüz danışam, biz də qızı gətirdik. B.Talıblı. □ Üzbəüz gəlmək - rast gəlmək, təsadüf etmək, rastlaşmaq, qarşılaşmaq, üz-üzə gəlmək. Üzbəüz gələn zaman ilk dəfə səhər-səhər; Mən sənə baxdım oğrun, sən mənə saldın nəzər. M.Rahim.
2. sif Qarşı, müqabil, ön. Qarayazıda binədə olan kənd camaatı yaylağa qalxmazdan əvvəl Gəmi qaya ilə üzbəüz meşədə dayanardılar. İ.Şıxlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!