İzahlı lüğət

UYUŞMAQ

f . 1. Keyləşmək, keyimək, hissizləşmək, duyma qabiliyyətini itirmək. Soyuqdan əlləri uyuşdu. - Göyərçin uyuşan (f.sif.) əllərini bərk sıxaraq: - Baxaq... görək, - dedi. S.Rəhimov. Alnını soyuq tər basdı. Bədəni uyuşub açıldı. Ə.Vəliyev.
2. Uyğunlaşmaq, uyğun gəlmək; alışmaq. // Müvafiq olmaq, uymaq, tutmaq, uyğun gəlmək. Sanki [Firidun] bir-birilə heç bir zaman uyuşa bilməyəcək ziddiyyətlərin əbədi ahəngini yaratmışdı. M.İbrahimov. Lakin bu kostyum [Mehdizadənin] ayaqlarındakı yumşaq məslərlə heç də uyuşmurdu. Y.Əzimzadə. // Yetişmək, qovuşmaq, ulaşmaq. [Solmaz:] indi mən yalnız göyləri, işıqları, ulu Hörmüzün ülviyyətini və ona uyuşmağı düşünürəm. Cabbarlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed