İzahlı lüğət

TEZ-TEZ

zərf 1. Hər anda, ara vermədən, aralarından çox keçmədən. Cavan enişi çox çətinliklə enirdi, çünki yedəyindəki atın ayaqları yamacda tez-tez sürüşürdü. E.Sultanov. Qızlar bu gün Gülnazın çox narahat olduğunu, gizlincə tez-tez saata baxdığını hiss edirdilər. Q.İlkin.
Həmişə, daim. [Əliqulu:] Ancaq başsız qoymayacağam, tez-tez göz olacağam. S.Rəhman. [Eldar:] Biz sərhəd boyunda yaşayırıq, buralarda tez-tez qəribə və gözlənilməz hadisələr baş verir. M.Rzaquluzadə. Sürətli, sürətlə. Tez-tez getmək. Tez-tez yemək. - [Yasəmən:] Onsuz da elə tez-tez danışırlar ki, heç nə yaza bilmirəm. S.Rəhman.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

TAL

......
first box will be shown second NOT