/home/shagird/public_html/files/ads/mid_body_additions/ads_block_array_file_41.php

İzahlı lüğət

TƏLQİN

is. [ər.] 1. Hər hansı bir fikri, əqidəni, hissi qəbul etdirmək üçün birinin iradəsinə, psixikasına təsir etmə, beyninə yeritmə. Tahir .. yenə qocanın mənalı-mənalı baxan, təlqin dolu gözlərini, qüvvətlə gurlayan səsini unutmurdu. M.Hüseyn. □ Təlqin etmək - bir şeyi anladıb inandırmaq, beyninə yeritmək, qəbul etdirmək. Çox həqiqət mənə təlqin eləyir vicdanım; Yoxdur ondan birini söyləməyə imkanım. A.Səhhət. Bu dayəpakürəkli, saf bir qadındı və bu saflığı ilə də Səməd bəyə düzlük və doğruluq təlqin eləmişdi. Çəmənzəminli.
2. din. Müsəlmanlarda: meyit dəfn olunandan sonra molla tərəfindən məzar başında oxunan dua.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......