İzahlı lüğət

TƏKAMÜL

is. [ər.] 1. Bir şəxsin, bir şeyin təkmilliyə doğru dəyişməsi, inkişafı; kamilləşmə. // Ümümiyyətlə, inkişaf, dəyişmə, yeniləşmə. Ehtiyac təkamülün babasıdır. (Ata. sözü). [Rasim Yavərə:] Siz razılaşın ki, hər şey kimi musiqi də təkamülə möhtacdır. M.İbrahimov. □ Təkamül etmək - yavaşyavaş inkişaf etmək, dəyişmək, yeniləşmək, təkmilləşmək, kamilləşmək.
2. fəls. Təbiətdə və cəmiyyətdə hərəkət formalarından biri - inqilabi dəyişmədən fərqli olaraq, arasıkəsilmədən yavaş-yavaş cərəyan edən dəyişmə.
□□ Təkamül nəzəriyyəsi - üzvi aləmin bir üzvi formadan başqa üzvi formaya keçmək yolu ilə inkişafı haqqında nəzəriyyə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed