İzahlı lüğət

TƏƏSSÜF

is. [ər.] 1. Kədərlənmə, acıma, heyifsilənmə, təəssüflənmə; kədər hissi. Təəssüf etmək (eləmək) - bax təəssüflənmək 1-ci mənada. [Şeyx Hadi:] Çarəsiz biz də Hindi tərk edərək; Geri döndük təəssüf eyləyərək. H.Cavid. [Əkrəm:] Təəssüf edirəm ki, sənin yazını oxuyub anlaya bilmədim. S.Hüseyn.
2. Birisinə acıma, ona canı yanma, yazığı gəlmə. □ Təəssüf etmək (eləmək) - bax təəssüflənmək 2-ci mənada.
□□ Təəssüf ki, təəssüflər olsun ki - heyif ki, əfsus ki. [Uğur:] Təəssüf ki, müharibə imkan vermədi, qurtaram. İ.Əfəndiyev. [Yaqub Aslana:] Təəssüf ki, ailəmizi tanımırsan. S.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

TAT

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed