İzahlı lüğət

TAM1

sif. [ər.] 1. Başdan-başa, bütünlüklə, tamam, bütöv. Tam qaranlıq. // Mütləq, tamamilə, ən yüksək, ən mükəmməl. Tam qələbə. - [Çingiz:] Tam bir müvəffəqiyyət əldə etmək üçün bütün tələblərimiz işə cəlb olunmalıdır. Çəmənzəminli. Vaxt bildirən saylardan əvvəl gələrək vaxtın bütövlüyünü, qalığı, kəsiri, əskiyi olmadığını bildirir; düz. Tam bir saat gözlədim. - Məmmədbağır tam üç il olardı ki, Əsmərlə evlənmişdi. S.Hüseyn.
Bütöv, bitmiş, qurtarmış, tamamlanmış (natamam əksi) . Tam əsər. // Heç bir şeylə məhdud edilməyən; qeyri-məhdud. Tam hakimiyyət. Tam azadlıq vermək. Tam (z.) sahib olmaq.
Müəyyən, lazımi ölçüdə, normada olan. Tam metr. Tam iş günü.
riyaz. Kəsri olmayan, kəsrlərdən ibarət olmayan. Tamı tama bölmək. Tamdan kəsri çıxmaq. □ Tam ədəd riyaz. - kəsri olmayan, yalnız tam(lar)dan ibarət ədəd. Say prosesi ancaq tam ədədləri verir. Z.Xəlilov.
□□ Tam mənasında (mənasilə) - tamamilə, bütünlüklə. Dil tam mənasilə canlı bir orqanizmdir. M.İbrahimov. Fərmanı sözün tam mənasında gülərüz və xoşsifət adlandırmaq olardı. Ə.Sadıq. Tam məsuliyyətlə - 1) bütün məsuliyyəti, cavabdehliyi öz üzərinə götürərək. Tam məsuliyyətlə demək; 2) bütün bacarığı ilə, bütün qüvvəsini sərf edərək. Gənc oğlan bu etimadı yüksək qiymətləndirdi və tam məsuliyyətlə işə girişdi. Ə.Sadıq. Sözün tam mənasında - bax tam mənasında (mənasilə).
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed