İzahlı lüğət

SÜRÜKLƏMƏK

f . 1. Bir şeyi yerdən qaldırmadan sürüyə-sürüyə aparmaq, çəkə-çəkə (darta-darta) aparmaq; sürümək. [Kimon] incini dar ağacına sarı sürükləyir. A.Şaiq. [Səməd:] Qolçomaqlar bizim kolxozu görmək istəməyirlərdi... Axırda onların hamısını sürükləyib kənddən çıxartdıq. T.Ş.Simurq. Ayaqlarındakı nəleyinləri sürükləyən bu qadınlar qaz kimi yayxana-yayxana elə ağır-ağır yeriyirdilər ki, canım sıxılırdı. Ə.Məmmədxanlı.
2. məc. Çəkib aparmaq, sövq etmək, cəzb etmək, cəlb etmək; aparıb çıxarmaq. ..Digər tərəfdən cazibəli bir qüvvə [Fatmanı] qapıya doğru sürükləyirdi. Çəmənzəminli. insanı pisliklərə sürükləyən bəlaların birisi və ən qorxulusu da şübhədir. S.Vurğun. ..Həyatın təbii axını [Səriyyəni] bir kor kimi istədiyi səmtə sürükləyirdi. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed