İzahlı lüğət

SAÇ-BİRÇƏK

top. Başda olan saçın, birçəyin hamısı.
□□ Saç-birçək ağartmaq - bax saç ağartmaq. Saç-birçək dalaşmaq (qoymamaq) bax saçyolmaya çıxmaq. [Səttar bəy:] Əlavə, Fatma xala ilə Çiçək xanım küçədə saçbirçək dalaşıblar. N.Vəzirov. Saçı-birçəyi ağarmaq - 1) qocalmaq, ahıllaşmaq (qadın haqqında); 2) bir işə çox zəhmət qoymaq, çox əlləşmək. [Gülzada:] Ondan xəbərim var ki, Səlbinin saç-birçəyi divanxana qapılarında ağarıb. Ə.Vəliyev. Saç-birçəyini yolmaq dəhşət içərisində olmaq, dərd-qəm içərisində olmaq, dərin mənəvi həyəcan və iztirab keçirmək. Dərd əlindən solmuşam; Saç-birçəyim yolmuşam, Axır bu eşq odundan; Əriyib mum olmuşam. (Bayatı).
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

SU

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed