İzahlı lüğət

SIZILTI

is. 1. Xəfif və incə ağrı; göynərti, sızı, sızıldama. Dişin sızıltısı. Barmaqlarımın sızıltısından yata bilməmişəm. - Yazıq muzdur bir tərəfdən qolunun sızıltısı, bir tərəfdən də ürəyinin ağrısı ilə özünü evə yetirdi. S.M.Qənizadə. [Qazan xan] başında, bədəninin bəndlərində bir ağırlıq və sızıltı duydu. M.Rzaquluzadə.
2. məc. Taleyindən, həyatından, halından şikayətlənmə; inildəmə, ağlayıb-sıtqama. // Yanıqlı, iniltili səs, çalğı. Alıpaşa ağa bu sözləri dedikcə səsində acı bir məğlubiyyət və küdurətli bir sızıltı eşidilirdi. Çəmənzəminli. Muxtar radionu söndürdü. indi sızıltı ona da xoş gəlmədi. B.Bayramov. // Məc. mənada. Peçdə yanan yaş odunun sızıltısı eşidildi. M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed