İzahlı lüğət

SEVDA

is. [ər.] 1. Sevgi, məhəbbət, eşq. Eşq sevdasına heç kəs pis deməz; Məhəbbət yolundan ayaq kəs, deməz. M.P.Vaqif. [Qəndab:] Sonra mənə məlum oldu ki, Çingizlə [Qönçənin] sevdası elə o vaxt baş tutmayıb. B.Bayramov. □ Sevdaya düşmək - sevmək, məhəbbət yetirmək, eşqə düşmək, vurulmaq, məftun olmaq. Bir Leyli sevib eşqdə sevdalərə düşdüm; Məcnuna dönüb daməni-səhralərə düşdüm. S.Ə.Şirvani.
Arzu, həvəs, şiddətli meyil. Mənə hökm eyləmişdi bir xülya; Atəşin şövq, odlu bir sevda. A.Səhhət. [Sitarə:] Yenə düşdü xəyalıma Vətən sevdası, ya rəbbi! C.Cabbarlı. Xəzan acısına edib məhəmmül; Gülün kölgəsində ötəndə bülbül; - Həyat, həyat! - deyə çırpınır könül; Könüldən, sevdadan necə əl çəkim? M.Müşfiq. □ ...sevdasına düşmək ...arzusunda olmaq, ...həvəsinə düşmək, can atmaq. Dul qalmasını görüncə, Məşədi övlad məsələsini ortaya salıb, Gülcahan xanımı almaq sevdasına düşmüşdü. T.Ş.Simurq. Nəcibə onilliyi qurtarandan sonra ali məktəb sevdasına düşdü. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed