İzahlı lüğət

SƏRTLİK

is. 1. Sərt şeyin halı, keyfiyyəti; bərklik, möhkəmlik. Qayanın sərtliyi.
məc. Xasiyyətdə tündlük, tündməzaclıq, kəskinlik. Əsgər özünü yığışdırdı. O, Dəmirovun yumşaqlığı içərisində olan sərtliyini də yaxşı anlamışdı. S.Rəhimov. [Vahid:] Anamdakı sərtlik də, qəzəb də yavaş-yavaş azalmağa başladı. B.Bayramov. // Sərt hərəkət, sərt rəftar. Sərtlik göstərmək.
məc. Möhkəmlik, səbat, mətanət, ciddilik, sarsılmazlıq. [Ataşın] gözlərindəki məna, üzündəki sərtlik, duruşundakı vüqar əsil kişilik xüsusiyyətləri idi. Ə.Vəliyev. ..Bununla belə əsgərlərin hamısının simasında bir sərtlik, gözlərində bir qətiyyət duyulurdu. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed