İzahlı lüğət

SƏRMƏK

f 1. Bir şeyi qurumaq üçün ip və s. üzərinə salmaq. Xalçaları yuyub sərmək. - Qız anasının yuduğu paltarları sərmək üçün dam üstünə çıxmışdı. Ə.Məmmədxanlı. // Qurutmaq üçün meyvəni və s.-ni bir şeyin üzərinə nazik qat şəklində tökmək, yaymaq. Nanəni süfrə üstünə sərmək. - Qızılgülü dərəsən; Yaylıq üstə sərəsən; Yerin mənə nişan ver; At göndərim gələsən. (Bayatı). .. Vəliqulu əynində cındır gödək arxalıq və başında köhnə boz papaq kürəklə peyin sərirdi. C.Məmmədquluzadə.
Bükülmüş, lülələnmiş, qatlanmış bir şeyi açılmış hala gətirmək. Mühəndis Haqverdizadə xəritəni götürüb bir də yerə sərdi və axtarıb burada olan Göy qayanı yoxladı. S.Rəhimov. Müdir girdələnib bükülmüş qəzeti şkafın üstündən götürüb stolun üstünə sərdi. M.İbrahimov.
Döşəmək, salmaq. Palazı balkona sərmək. Xalçanı evin yerinə sərmək. Yerə yıxmaq, vurub salmaq. Dünyaya səs saldı öz səsilə o; O sərdi torpağa qanlı düşməni. N.Xəzri.
Bükmək, sarımaq. Bəyaz-bəyaz vərəqlərə sərdik səni, ağ çiçək! N.Xəzri.
□□ Yatağa (yerə) sərmək - xəstə salmaq, yatağa düşməsinə səbəb olmaq, yorğandöşəyə salmaq. Heç bir xəstəlik bu vaxta qədər [Arazı] yatağa sərməmişdi. A.Şaiq. Şirəkeşlik yazıq kişini cavan yaşında yerə sərmiş və üç balasını yetim qoymuşdu. Ə.Sadıq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed