İzahlı lüğət

SƏPƏLƏNMƏK

f . 1. Dağılmaq, ora-bura tökülmək, qeyri-müntəzəm halda tökülmək. Kitablar yerə səpələnib. - Son dəftəri yoxlayıb qurtaran müəllim cib saatını çıxarıb baxdı, stol üstünə səpələnmiş (f.sif.) dəftərləri toplayıb sahmana saldı. S.Rəhimov. Lalənin ləçəkləri yerə səpələndi. M.Hüseyn. [Zakirin] saçları dağılıb üzünə səpələnmişdi. H.Seyidbəyli. // Tökülüşmək. Sərnişinlər qatardan yerə səpələndilər. - Rüstəm kişi dəstə-dəstə yollar boyu səpələnib irəliləyən kolxozçu qadın və kişiləri gördü. M.ibrahimov. Gələn atlılar sağa-sola səpələndilər. M.Hüseyn.
2. Çilənmək. Qırov səpələndi çölə, yamaca; Göylərdə buz kimi dondu ulduzlar. S.Vurğun. Göydən xırda yağış səpələnirdi. Ə.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed