İzahlı lüğət

SIĞAL

is. [ər. seyqəl] 1. Bir şeyin üzərinə əlini yavaş-yavaş gəzdirmək və ya ona xəfif-xəfif toxundurmaqla öz sevgisini, nəvazişini göstərmə. □ Sığal çəkmək məc. oxşamaq, tumarlamaq, sığallamaq. Meh sığal çəkən zaman aqronomun telinə; Bir ovuc torpaq aldı o, fərəhlə əlinə. M.Rahim. Dağların küləyi, bağların mehi; incik ruhumuza bir sığal çəkir. B.Vahabzadə.
2. Cila, süs, bəzək. □ Sığal vermək (vurmaq, çəkmək) - bəzək, süs vermək, yaraşıq üçün saçlarına, üst-başına səliqəli görkəm vermək. Canan sığal vurub çıxır otaqdan; Nə gözəl yaraşır bu gediş ona. S.Vurğun. O, fikrində bu məsələni vuruşdurduğu zaman Qərənfil Nərgizə sığal verdi. Ə.Vəliyev. Gözə sürmə, tellərinə sığal çək; Sənə heyran olub çəmən, gül, çiçək. A.Şəmşir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

SEN

......