İzahlı lüğət

SARILMAQ

f 1. Bir şeyin ətrafına, dövrəsinə dolanmaq, dövrələnmək. Gülab ilə sığallanır, sulanır; Baş qoyur, sarılır qulağa zülfün. M.P.Vaqif. [Xanımın] çəhrayı arxalıq sinəsində yarımdairə təşkil edərək qızıl toqqa sarılmış (f.sif.) incə belində düymələnmişdi. Çəmənzəminli.
Bükülmək. Parça kağıza sarılıb. - Tüfəng yağlı bir əsgiyə sarılıb küncdə qoyulmuşdu. M.Rzaquluzadə.
məc. Bir-birini qucaqlamaq, qucaqlaşmaq. Kiçik daxmada üç nəfər fəlakətzədə xəyalat içində huşa gedib bir-birinə sarılmışdı. C.Cabbarlı. Ana-qız bir-birlərinə sarıldılar. S.Rəhman.
məc. Bir şeydən bərk-bərk yapışmaq, böyük həvəslə, şövqlə bir şeyə girişmək. Bu varlığınla sarıl zəhmət ilə biliyə; Başın dönsün günəşə, qolların bir çəliyə. A.Şaiq. Deyirlər sarılıb diləklərinə; Zəhmətə məftunsan bir aşıq kimi. M.Müşfıq. □ Qələmə sarılmaq yazmağa, yazıçılığa, mühərrirliyə başlamaq. Nurcabbarın ürəyi dolu idi və ürəyini boşaltmaq üçün qələmə sarılmaqdan savayı əncam görmürdü... İ.Məlikzadə.
□□ Silaha (qılınca) sarılmaq - silahla silahlanmaq, qılıncla silahlanmaq, əlinə silah (qılınc) götürmək, silahdan (qılıncdan) yapışmaq. Bu gün silaha sarılaraq [inqilab] mübarizəsinə qalxan bütün təbrizlilər bilməli və yaddan çıxarmamalıdır ki, hazırda başladığımız bu qiyam rus xalqının əleyhinə deyil. M.S.Ordubadi. [Elçin:] Ağvan cəngavəri on səkkiz yaşından qılınca sarılır. M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

SAN

SOL

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed