İzahlı lüğət

RƏQƏM

is. [ər.] 1. Ədədlərin, sayların yazıda işarəsi. 3 rəqəmi. 15 rəqəmi. - [Fərman] qabağına bir kağız qoyaraq, karandaşla bir çox rəqəm yazır və hesablayırdı. Ə.Sadıq. Rəqəmlər düzülüb yan-yana; Ikiylə başlayanı var; üçlə başlayanı var; hələ beşi, yeddini demirəm. R.Rza. □ Ərəb rəqəmləri - orta əsrlərdə ərəblərdən əxz olunmuş
2, 3, 4 və b. rəqəmlər. Roma rəqəmləri qədim romalılardan əxz olunmuş I, II, III, IV və b. rəqəmlər.
2. klas. Yazı, yazı ilə qeyd, işarə. □ Rəqəm etmək (qılmaq) klas. - 1) yazmaq, yazı ilə işarə etmək. Bir naməyə dərdimi rəqəm qıl; Sultanıma ərz et, kərəm qıl! Füzuli; 2) şəkil çəkmək. Rəqəm olunmaq klas. - ^ yazılmaq, yazı ilə işarə olunmaq; 2) şəkil çəkilmək, çəkilmək. Beşinci otağın divarlarında Şah Ismayıl Səfəvi ilə sairlərin mabeynində vaqe olan cənglərin surəti rəqəm olunmuşdu. M.F.Axundzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed