İzahlı lüğət

RAZI

sif və zərf [ər.] Bir şeydən razı olan; məmnun. Yüz cəfa eyləsən, ey şux, könüldür razi. S.Ə.Şirvani. Qubernatordan tutmuş axırıncı pristavadək [Iskəndər bəyin] evinə gələrkən hər barədə razı gedərdi. Ə.Haqverdiyev. □ Razı düşmək - razılaşmaq, razılıq ifadə etmək, razı olmaq. Vəzir nə qədər dedisə, padşah razı düşmədi. (Nağıl). Razı qalmaq - razı olmaq, məmnun olmaq. [Rəhim xan Sitarəyə:] Mən zənn edirəm ki, sən məndən razı qalarsan.. C.Cabbarlı. Qoca.. gözlərini yarı qapayaraq şagirdinə qulaq asdı, onun könlü xoş bir iftixar hissi ilə isindi, ustad şagirdindən razı qaldı. Ə.Məmmədxanlı. Razı olmaq - razılığını vermək, razılıq ifadə etmək. [Bayram:] Sənin ölümünə heç vaxt razı ola bilmənəm. M.F.Axundzadə. // Bir şeyə müsbət cavab vermək; icazə vermək, razılaşmaq. [Sərvər:] Hərgah sən mən deyənə razı olsan, işi düzəldərəm. Ü.Hacıbəyov. [Sevil Gülüşə:] Yox, a qız, heç Balaş razı olar? C.Cabbarlı. Razı salmaq - razı etmək, razılığını əldə etmək, məmnun etmək. [Alı kişi:] Oğul, Rövşən, get, buzov yiyəsini tap, buzovun cəriməsini ver, razı sal. “Koroğlu” . [Gültəkin Dövlət bəyə:] Mən heç bir şey istəmirəm. Yalnız [Aydını] razı salın. C.Cabbarlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

RAM

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed