İzahlı lüğət

RÜSVA(Y)

is. 1. Biabır olma, abırsızlıq, heysiyyətdən düşmə, abırdan düşmə. Nə çəmən cümlə cahandır məni-rüsvayə qəfəs. S.Ə.Şirvani. // klas. Bu sözlə bağlı olan birləşmələrin birinci tərkib hissəsi; məs.: rüsvayi-dünya, rüsvayi-eşq, rüsvayi-xəlq. Axır elə oldum rüsvayi-aləm; Düşmən tənə eylər, dost qınar məni. Q.Zakir. □ Rüsva(y) etmək (eləmək) - abırdan salmaq, adını ləkələmək, biabır etmək (eləmək). [Əsli:] Nə gəzirsən məlul-məlul bu yerdə; Aman Kərəm, məni rüsvay eyləmə! “Əsli və Kərəm” . [Saray qızları:] Sevda?! Bu nədir, Sevda?! Etdin bizi sən rüsva. H.Cavid. [Seyfəli:] Allah sizi kəssin, bizi el içində .. rüsvay elədiniz! Bayramov. Rüsva(y) olmaq - biabır olmaq, heysiyyətdən düşmək, şərəfini itirmək, abırdan düşmək, adı ləkələnmək. [Ağa Mərdan:] Bir az ürəkli olsun, yoxsa mürafiə vaxtında, qorxuram, iqrara qadir olmuya, rüsva olaq! M.F.Axundzadə. Bir dərd əhli heç tapmadım burada; Nahaq yerə rüsvay oldum arada. Molla Cuma. [Yaxşı:] Mən bütün dünyada rüsvay olaram. C.Cabbarlı. Rüsvayialəm (cahan) etmək (eləmək) - cəmiyyət içərisində adını batırmaq, hörmətdən salmaq, biabır eləmək. Rüsvayi-aləm (cahan) olmaq- b ax rüsva(y) olmaq. Mən belə rüsvayi-cahan olduğumu bilməzdim. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

RAD

44

RAH

RUM

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed