İzahlı lüğət

QÜRUR

is. [ər.] 1. Iftixar, mənlik hissi, təmkin. Yenilməz qüvvətlə vur zərbəni, vur! Gözlərində təmkin, alnında qürur. R.Rza. Nəriman qürurunu pozmadan ağ və soyuq divara daha bərk söykəndi. Mir Cəlal. Bu sevinc əslində bir qürur hissindən ibarət idi. Ə.Məmmədxanlı. Ananın şəfqət və qürurla (z.) parlayan gözlərində sanki şimşəklər çaxdı. M.Rzaquluzadə.
2. Təkəbbür, məğrurluq, lovğalıq, özünü yuxarı tutma. Aldanma zahidə, sanki uludur; Qəlbi kibrü qürur ilə doludur. A.Şaiq. [fridun:] Mən hələ heç bir qürur göstərməmişəm. M. İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed