Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

QURU1

sif. 1. Yaş olmayan, islanmamış. Quru paltar. Quru dəsmal. // Qurudulmuş. Quru meyvə. Quru balıq. - Mahmud.. quru ot-ələf yığılmış çardağın altına girdi. Ə.Əbülhəsən. // Qurumuş, ölgünləşmiş, həyat şirəsindən məhrum olmuş. Quru budaq. Onların bir neçəsi meşəyə gedib, quru ağac qabıqlarından, çalıdan-çırpıdan yığıb gətirdilər. M.Rzaquluzadə. // Şirəsiz. Quru yem. - Heyvanın ağzına quru qida düşərsə, tüpürcək miqdarca çox, su ilə zəngin olur; qida quru və qaba olduqda, ifraz olunan tüpürcəkdə selik maddəsi çox olur. Qarayev.
Rütubətsiz, rütubəti çəkilmiş, nəm olmayan. Quru torpaq. Quru otaq. Quru taxta.
Heç yata bilməzdin ipək yataqda; Bəs necə dincəldin quru torpaqda? Ə.Cavad. Qalıb bərkimiş, sərtləşmiş; köhnə, bayat. Quru bulka. Quru lavaş. - [Əsgərin] yediyi, içdiyi həmişə dişləmə çay ilə quru çörək idi. B.Talıblı.
Susuz, suyu çəkilmiş. Quru çay. Quru bulaq. Quru arx.
Bitkisiz, çılpaq, yaşıllıqsız. Dağda, dənizdə, quru çöllərdə, ormanda yaşayan canlı heyvanlar, onların yeyib içməsi və şəkilləri də fərqlidir. M.S.Ordubadi. Gün altında qovrulan böyük quru çöldə təndirdən qalxan kimi ağır və isti hava insanın vücudunu bürüyürdü. Mir Cəlal.
Yağmur yağmayan, isti, quraq; rütubətsiz, nəmişsiz. Quru iqlim. Quru hava.
Arıq, cılız, ətsiz-cansız, çox zəif. Quru bədən. Quru qollar. - [Nazlı xanım:] Elə elə ki, mənim bu quru nəfəsim, quru canım həmişə sənə duaçı olsun. Ə.Haqverdiyev.
Döşənməmiş, üstünə heç bir şey salınmamış; açıq, çılpaq. Quru yer. Quru döşəmə. Quru taxtanın üstündə oturma! // Bomboş, içində heç bir şey olmayan, müxəlləfatsız. Belə əziz-giramı oğlun nişanlısı quru evə gəlməməli idi. Mir Cəlal.
Sadə, qatıqsız, yavan, yalxı. Quru yemək. - Bir də axı əlli yaşından ötmüş Topuş ömrünün bu çağında haraya gedib özünə bir parça quru çörək tapa bilərdi? S.Rəhimov. Maye ifrazatı olmayan. Quru öskürək (bəlğəmsiz öskürək). - [Sona xanım:] Gecələr sübhədək quru öskürək məni boğur. Ə.Haqverdiyev.
məc. Boş, nəticəsiz, qeyri-ciddi, təsirsiz. Quru söz. Quru söhbət. - Yoxsa ki, etməz quru iktifa; İş gərək olsun, nə əbəs iddia. A.Səhhət. Bu, quru bir eşqnamə deyil, mənzum bir siyasətnamədir. M.S.Ordubadi.
məc. Maraqsız, cansıxıcı, darıxdırıcı. Onun üslubu çox qurudur. Məqalə quru dildə yazılıbdır. Bəzi müəllimlər dərsi çox quru (z.) və maraqsız keçirlər. - Daima qısqanan ürkək bir həyat; Məncə bu dünyada bir quru səsdir. S.Vurğun.
məc. Soyuq, laqeyd, etinasız. Quru cavab. - Dəmirov quru və tələbkar bir sifət aldı. S.Rəhimov. Bu səbəbdən də o, qısa, quru və sərt cavab verirdi. Ə.Əbülhəsən.
məc. Açıq, əsassız. Quru böhtan. - Yar olub özgələrə, yar çəkir zövqü səfa; Düşmüşəm mən quru böhtanlara, töhmət çəkirəm. S.Ə.Şirvani. Elm adına bir quru böhtandı bu! Nifrətə şayandı bu! M.Ə.Sabir.
“Yalnız” , “təkcə” , “ancaq” mənasında. ..” Dəvəuçan” .. da sökülüb dağılmış, ondan ancaq bir quru ad qalmışdı. S.Rəhimov.
□ Quru əl - boş əl, kasıb, yoxsul hal. Quru yerdə qalmaq - var-yoxu əlindən çıxmaq, hər şeyindən məhrum olmaq, kasıblaşmaq. Quru yerdə qoymaq - var-yoxunu əlindən almaq.
quru-quru zərf Boş-boşuna, əsassız, yalandan, ortada heç bir şey olmadığı halda. Quru-quru vədlər vermək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla