İzahlı lüğət

QULLUQÇU

is. 1. Zehni əməyin müxtəlif sahələrində muzd ilə işləyən işçi; idarə xidmətçisi. Keçmiş vaxtlarda dəftərxanalarda qulluqçuların gündə biri idarə bağlanandan sonra qalıb təcili teleqramları qəbul edərdi. Ə.Haqverdiyev. Dəftərxana qulluqçuları .. onun dediyi adamları soraqlaşırdılar. Ə.Əbülhəsən.
Ev xidmətçisi (qız, qadın). Inciyib axırda o qulluqçular; Ol xoruzu öldürübən atdılar. A.Səhhət. Bu vaxt qapıdan qulluqçu, Sonanı atasının yanına çağırdı. N.Nərimanov. // Ümumiyyətlə, xidmətçi. Qulluqçular bağçanı silib süpürər, yığışdırardı. Mir Cəlal.
köhn. Balaca əl lampası, ya çıraq. Qulluqçunu götür, bir mal-qaranı yoxla.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed