İzahlı lüğət

QÜBBƏ

is. [ər.] 1. Yarımkürə şəklində dam; günbəz. Eyvanın tavanı üç böyük qübbədən ibarət idi ki, bunların hər birisi beş sütun üzərində qurulmuşdu. M.S.Ordubadi.
2. Qübbəyə oxşar hər hansı bir şey. Səba xanım kamançanı götürüb başındakı sədəfi qübbəni çıxardı. M.S.Ordubadi.
□ Göy qübbəsi - gözlə görünən göy; səma. Göy qübbəsindən asıldı qəndil; Üzündən alıb niqabü məndil. Xətayi. [Dərviş:] Göyün qübbəsi tavanım, qara torpaq - arxam idi.
Divanbəyoğlu. ..Bir azdan sonra göy qübbəsi tamamilə ulduzla doldu. Ə.Sadıq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed