İzahlı lüğət

QƏT

[ər.]: qət etmək - 1) kəsmək. Qət eylə aşinalığım ondan ki, qeyridir. Füzuli;
həll etmək, ayırd etmək, qurtarmaq. Mübahisəni qət etmək. - Iki saatın içində bu işi qət eləmək olar. M.F.Axundzadə; 3) keçmək, yol getmək. Təyyarə saatda 800 kilometr yol qət edir. - Əgər fəhlələr sürətlə gedən qatara minsəydilər, Qara daşlarla liman arasındakı məsafəni beş saata qət edə bilərdilər. M.Hüseyn. Məsafəni qət etmək uzun çəkdi. Ə.Əbülhəsən; 4) qəti qərara gəlmək, qəti rəyə gəlmək, kəsdirmək. Qət etdik ki, bu gün yola düşək. - [Həcər xanım:] Oğlum, Çingiz, biz qocalar qət etdik ki, səni də aparaq. S.S.Axundov. Qət olunmaq (edilmək) - 1) (bəzən “qət olmaq” şəklində işlənir) kəsilmək. Hacı Xəlilin səsi getdikcə zəifləşirdi, axırda nəfəs bilmərrə qət olub, dodaqları yavaş-yavaş tərpənirdi. Ə.Haqverdiyev; 2) həll edilmək, həll olunmaq. Axırda qət olundu ki, təhqiqat getsin. Mir Cəlal. Qəti-əlaqə etmək - əlaqəsini kəsmək, aranı qırmaq. ..Xalqdan bir dəqiqə də olsa qətiəlaqə etmək yaramaz. M.İbrahimov. Qətinəzər etmək - üz döndərmək, əlaqəni kəsmək. Qəti-ümid olmaq - ümidini kəsmək, əlini üzmək. [Qoca:] Məndən aşan iş isə, oğlum, qəti-ümid olub bizi atıb getmə. A.Divanbəyoğlu.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed