İzahlı lüğət

QILMAQ

f. köhn. Etmək, görmək, yerinə yetirmək, əda etmək, icra etmək. Çün gəldi özünə, qıldı nalə; Yağdırdı xəzanı üzrə jalə. Füzuli. Söyləyim sözlərim eylə dil əzbər; Şirin nəsihətim qıl sinədəftər. “Koroğlu” . Vaqifin dərdini biləydi yarı; Dərdinə bir dərman qılaydı, barı. M.P.Vaqif. A sevgilim, aç bir niqab üzündən; Məcnun tək Leylaları divanə qıl. A.Səhhət. Sayrışan ulduzlar verib baş-başa; Gözəl camalına qılır tamaşa. S.Vurğun.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......