Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

QAYDA

is. [ər.] 1. Nizam, səliqə; bir şeyin düzgün vəziyyəti, nizamda olması. Qaydaya salmaq. Şeyləri qaydada saxlamaq. Qayda yaratmaq. Otaq tam qaydadadır.
Bir şeyin yerinə yetirilməsi üçün müəyyən üsullar göstərən qərar və s. Seçki qaydaları. Daxili intizam qaydaları. Elektrik qüvvəsindən istifadə qaydaları. Ali məktəblərə qəbul qaydaları. Imla qaydaları. Küçə hərəkəti qaydaları.
Üsul, yol, tərz. Məqalə müzakirə qaydası ilə buraxılır. Bundan sonra yeni qayda ilə işləməli. - [Şahbaz bəy:] Gələn il bir özgə qayda iləpaltar geyəcəklər. M.F.Axundzadə.
Bu qayda ilə - bu üsul ilə, bu cür. [Məmmədnəsir:] ..Atam öləndə mənə nəsihət edib dedi: “Bala, sən də bacar mənim kimi, dövlətlilərin pullarını çək, ötür içəri” . Bu qayda ilə iki ev və dükan sahibi olmuşam. Ə.Haqverdiyev. Öz qaydasınca - öz yolu ilə. Dünyada hər iş öz qaydasınca gedir. C.Məmmədquluzadə. ..Yelkəndə oxuyubçalanlardan başqa heç bir kəs yox idi. Şərab süfrəsi də öz qaydasınca düzəldilmişdi. M.S.Ordubadi.
Adət, dəb. Xumar-xumar baxmaq göz qaydasıdır; Lalətək qızarmaq üz qaydasıdır. M.P.Vaqif. // “Qaydadır” şəklində - adətdir, xasiyyətdir. Namərddə qaydadır kəsər basdığın; Hər kəs hesab çəksin öz arasında. Aşıq Ələsgər.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla