İzahlı lüğət

MÜVAFİQ

sif. [ər.] Uyğun, uyar, həmahəng. Sənsən mənə həmdəmi-müvafiq. Füzuli. [Odunçu və iki oğlu] musiqinin üsuluna (taktına) müvafiq odun yarırlar və balta endikcə, “hey!” edirlər. Ü.Hacıbəyov. □ Müvafiq olmaq - uyğun olmaq, münasib olmaq, düz gəlmək. Olur tədbirimə bir gün müvafiq ruzigar, əlbət. S.Ə.Şirvani.
Münasib, uyğun, yarar, yaraşan, əlverişli. Student özünə müvafiq bir ömür sürməkdə idi. Çəmənzəminli. Güləlioğlu isə fikrini demək üçün müvafiq bir dəqiqə gözlədi. M.Hüseyn.
Razı, həmrəy, həmfikir. [Xəzinədar:] Çox yaxşı danışırsan! Bu xüsusda bilkülliyə mən səninlə müvafiqəm. M.F.Axundzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed