İzahlı lüğət

MÜTƏƏSSİB

sif. [ər.] 1. Öz adət və ənənələrini saxlamaqda ifratçılıq göstərən. ..Qeyrilər bizə görə öz dillərini və yazılarını çox işlədirlər, bu ondan ötrü deyil ki, onlar bu barədə bizdən mütəəssib və qeyrətlidirlər. C.Məmmədquluzadə. // məc. Bir şeyə dərin sədaqət bəsləyib onu ehtirasla müdafiə edən adam. Səhnədə Elxanla Aqşin qarşı-qarşıya durub öz məslək və dininin üstünlüyünü ən mütəəssib bir şəxs kimi müdafiə edirdi. M.Arif.
2. Qatı dindar olub, kor-koranə yeniliyə, mədəniyyətə, tərəqqiyə düşmən olan. Ümum camaatın da qaliba mütəəssib və avamlığını da mülahizə edəndə tamam məyusluq və naümidlik üz verirdi. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed