ZE+education...
kitab_satishi+...

İzahlı lüğət

MƏZƏLİ

sif 1. Dadlı, ləzzətli, tamlı. Məzəli xörək. - Vəsf eylədiyim zövqlə ənharibehiştin; Kövsər məzəli şərbəti-reyhanın üçündür. M.Ə.Sabir.
Əyləndirici, könülaçan, gülməli, güldürücü, duzlu. Məzəli söhbətlər. Məzəli (z.) danışmaq. - Qulaq as, duzlu bir hekayətdir; Məzəli, gülməli rəvayətdir. Ə.Qəmküsar. [Yazgül:] Fəridənin [uşağı] elə məzəli çağadır ki, ay ana!.. Ə.Məmmədxanlı. O, hər bir fikrini maraqlı, məzəli sözlərlə deməyə çalışırdı. S.Vəliyev. // Maraqlı, qəribə. Mən deyirəm, bütün Qafqaziyyə vilayətində bizim Danabaş kəndi kimi məzəli kənd yoxdur. C.Məmmədquluzadə. Məzəsi olan, çərəzli (bax məzə 1-ci mənada). Məzəli süfrə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
1
ugur_200x200_new.gif
LD5.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif