İzahlı lüğət

MƏNA

is. [ər.] 1. Sözün, cümlənin ifadə etdiyi məfhum, anlayış. Sözün hərfi mənası. Həqiqi məna. Məcazi məna. - Ləfz özü bir ləfzdir, amma ki, məna müxtəlif. S.Ə.Şirvani. Sözlərdəki məna səslərdəki titrəyiş isə [Rüstəmə] çatmırdı. M.İbrahimov.
2. Bir şeyin ağılla dərk edilən daxili məntiqi məzmunu, mahiyyəti. Hadisələrin mənası. // Məqsəd, ağlabatan səbəb. Bunu belə etməkdə məna yoxdur. - ..Orucluğun ümdə mənası budur ki, müsəlmanlar ac qalmağa adət eləsinlər. C.Məmmədquluzadə. □ Məna vermək - əhəmiyyət vermək, diqqət yetirmək. Həmişə kəmetina Zeynal bu gecə hər şeyə diqqətlə baxıb, hər bir hənirtiyə məna verməyə başladı. Çəmənzəminli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed