İzahlı lüğət

MİL1

is. [ər.] 1. Bəzi alətlərdə, mexanizmlərdə, maşınlarda ox, qol; ümumiyyətlə, müxtəlif işlərdə istifadə edilən nazik metal çubuq. Çarx mili. Dəyirman mili. - Hesabdar çotka dənələrini tərpətdi, dənələr millərdə firlanaraq şıq-şıq şıqqıldadı. S.Rəhimov. // Saat və s. mexanizmlərdə əqrəb. Mina darıxdığından saatın milləri heç irəli getməyirdi. İ.Musayev.
Corab və s. toxumaq üçün ucu küt, uzun iynə. Səkinə .. milləri götürüb corab toxumaqla məşğul oldu. M.İbrahimov. Parçada zolaq, zol, xətt.
Evlərin üstündə qurulan taxtapuşların ən yuxarısında başdan-başa qoyulan uzun ağac, tir. Damın mili.
Əldə oynadılan bir ucu nazik, o biri ucu yoğun idman aləti. [Bir ayrısı:] Paltarlarımızı tamam çıxardıb, sonra on-on beş girvənkə gələn milləri atıb-tutar, oynadardıq. Çəmənzəminli.
Gözə sürmə çəkmək üçün sümükdən və s.-dən nazik alət; milçə. Yar məni dindirir şirin dil ilə; Gözə sürmə çəkir gümüş mil ilə. “Aşıq Qərib” .
□ Mil qalmaq (durmaq, dayanmaq) düz durub əmr gözləmək. Mil qalxmaq - dik qalxmaq, dik durmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......