İzahlı lüğət

MƏZHƏKƏ

is. [ər. müzhikə] 1. Gülməli, güldürücü danışıq, söhbət, hərəkət, oyun; əhvalat, lətifə. Yol uzunu Məmmədrza məzhəkə söyləyərək məni güldürürdü. S.S.Axundov. Usta Murtuz xəstənin ürəyini açmaq üçün şirin söhbətlər elədi, məzhəkə dedi. Mir Cəlal.
2. Komediya. Ərəstu faciəni məzhəkədən ayırmaq istəmişdir. Ə.Sultanlı.
□ Məzhəkəyə qoymaq - ələ salıb gülmək, araya qoymaq, lağa qoymaq. Bu saat sizi aparacağam dəlixanaya, orada ağlınız başınıza gələr və dəxi həzrətin tumanbağısını məzhəkəyə qoymazsınız. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

MER

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed